Azərbaycan çempionu: Ümid edirəm ki...
06.12.2013 - 10:28
Azərbaycan çempionu: Ümid edirəm ki...
“Rabitə”nin kapitanı Sanya Staroviç Çempionlar Liqasının IV turunda “Dresdner”lə keçirilən (Almaniya) oyunu şərh edib. Apasport.az saytının məlumatına görə, serbiyalı legioner qarşılaşmada layiqli qələbə qazandıqlarını deyib.

Azərbaycan çempionunun sözlərinə görə, “Rabitə” qarşıdakı görüşlərdə daha gözəl oynayacaq: “Mən öz komandamla fəxr edirəm. Biz oyundan-oyuna artırıb, daha yaxşı çıxış edəcəyik. Ümid edirəm ki, oyunumuzu təkmilləşdirməklə, iddiamızı ortaya qoya biləcəyik”.

Qeyd edək ki, “Rabitə” 3:0 hesablı qələbə qazanıb.