Bombardirliyi əldən vermədilər - FOTO
06.12.2013 - 11:51
Bombardirliyi əldən vermədilər - FOTO
Çempionlar Liqasının IV turu çərçivəsində keçirilən “Pyaçentsa” (İtaliya) - “İqtisadçı” (Azərbaycan) matçında ən çox xal toplayan voleybolçuların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 0:3 hesabı ilə uduzduğu qarşılaşmanın bombardiri adına yenə Lusia Bosetti yiyələnib.

3:1 hesabı ilə qələbə qazandıqları matçda 16 dəqiq zərbə ilə ən güclü olan italiyalı bu dəfə komandasına 18 xal qazandırıb.

“İqtisadçı”nın isə yenə ən məhsuldar oyunçusu Onuma Sittirak olub. Tailandlı legionerimiz Bakıda 15 xal qazanmışdısa, bu dəfə 13 xal toplaya bilib. Digər voleybolçularımızdan - Manon Flier 11, Vilavan Apinyaponq 6, Marianna Fersola 5, Ma Yun Veylə Pleumjit Zinkaov hərəyə 3, Kim Vilouqbi 2, Romina Ramasla Li Çanq hərəyə 1 dəfə fərqlənib.