“Rabitəçilər” üçün “dəmiryolçular”
06.12.2013 - 21:32
Sabah Super Liqada IV turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində baş tutacaq turda öncə “Telekom”la “Azərreyl” münasibətinə aydınlıq gətirəcək.
Görüşün maraqlı keçəcəyi gözlənilir. Çünki qalib gələcək komanda hətta 4-cü yerə yüksələ bilər. Burada “Telekom” şanslı olsa da, “Azərreyl”in də qələbə qazanmaq ehtimalı yüksəkdir. Cütün taleyinin tay-brekdə həll olunacağı istisna deyil.
1 gün sonra “Rabitə” – “Lokomotiv” dueli gerçəkləşəcək. Azərbaycan çempionunun aktivinə növbəti 3 xalı əlavə edəcəyi proqnozlaşdırılır. Lakin son matçlarda öz oyununu tapan “dəmiryolçular”ın ciddi müqavimət göstərəcəyi də gözləniləndir.
IV tur
7 dekabr
15:00. “Telekom” – “Azərreyl”
8 dekabr
16:00. “Rabitə” – “Lokomotiv”
Qeyd edək ki, turun “İqtisadçı” – “Azəryol” qarşılaşmasının qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

Rabitə | 2 | 2 | 0 | 6-1 | 178-149 | 6 |
İqtisadçı | 2 | 2 | 0 | 6-2 | 186-164 | 5 |
Azəryol | 3 | 2 | 1 | 7-6 | 286-295 | 5 |
Lokomotiv | 3 | 1 | 2 | 5-6 | 229-246 | 4 |
Telekom | 3 | 1 | 2 | 4-8 | 247-258 | 2 |
Azərreyl | 3 | 0 | 3 | 4-9 | 281-295 | 2 |

0
0