Rəqiblərimiz qələbə qazandı, Məmmədova sevindi
09.12.2013 - 09:34
Qadın voleybolçular arasında Rusiya Superliqasında IX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” “Ufimoçka”nı qəbul edib.
Matç Omsk təmsilçisinin darmadağını ilə yekunlaşıb – 3:0 (25:17, 25:14, 25:20). Məmmədova görüşdə 14 xal toplayıb.
Nəticədə “Rabitə”nin Çempionlar Liqasında rəqibi olan “Omiçka” ikinci pillədəki mövqeyini qoruyub (20 xal).
Çempionlar Liqasında “İqtisadçı”nın rəqibi Moskva “Dinamo” da turu qələbə ilə başa vurub. Paytaxt təmsilçisi “Tyumen”ə qalib gəlib – 3:0 (25:17, 25:16, 25:14).
Qeyd edək ki, “Dinamo” (Moskva) 17 xalla 4-cüdür.

0
0