“Qalatasaray” Bakıya qalib kimi gəlir
09.12.2013 - 10:02
Qadın voleybolçular arasında Türkiyə Superliqasında X turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Çempionlar Liqasında “Azəryol”un rəqibi olan “Qalatasaray” “Əczaçıbaşı”nın qonağı olub.
“Sarı-qırmızılar” əzmkar qələbə qazanıblar. Onlar ilk 2 seti uduzsalar da, ardınca 2 xal qazana biliblər – 2:3 (25:22, 25:18, 23:25, 17:25, 8:15). Bu qələbə “Qalatasaray”ın 4-cü yeri qoruması ilə nəticələnib (21 xal).
Qeyd edək ki, ilk matçda “Azəryol”a 3:1 hesabı ilə qalib gələn “Qalatasaray” sabah Bakıda növbəti oyununa çıxacaq.

0
0