Çempion üçün asan gəzinti, gümüş mükafatçılar çətin durumda
09.12.2013 - 11:39
Sabah qadın voleybolçular arasında Çempionlar Liqasında V tura start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan Azərbaycan klublarından ikisi ilk oyun günündə, digəri ertəsi gün meydana çıxacaq.
Bakı klublarından “Rabitə”nin işinin daha asan olacağı gözlənilir. Çünki artıq pley-offa vəsiqəni təmin edən Azərbaycan çempionu Bakıda “Beziers”lə görüşə ikinci heyətlə də çıxa bilər. Çünki Fransada rəqibini 3:0 hesabı ilə məğlub edən “Rabitə”nin doğma azarkeşlər önündə büdrəyəcəyi inandırıcı deyil. Həm də təmsilçimiz qələbə sayəsində qrup liderliyini möhkəmlədəcək.
“Rabitə”dən fərqli, “Azəryol” və “İqtisadçı”nı heç də asan oyun gözləmir. Çünki “tələbələr”dən öncə Ancelo Vercesinin yetirmələri qarşılaşmaya çıxacaqlar. “Azəryol” Voleybol Mərkəzində “Qalatasaray”ı qəbul edəcək.
Görüşdə qələbə komandamız üçün yenə çox vacibdir. Belə ki, Super Liqanın gümüş mükafatçısı 0:3 və ya 1:3 hesabı ilə uduzacağı və qrupumuzun digər – “Konegliano” – “Yamamay” (hər ikisi İtaliya) matçında ev sahibləri eyni hesabla qalib gələcəkləri halda “Azəryol” Çempionlar Liqasına əlvida deyəcək.
Əgər Vercesinin komandası 1 xal qazanarsa, həmin zaman taleyi öz əlində olmayacaq. Əksinə, təmsilçimiz aktivinə 3 xal əlavə edərsə, “Konegliano”nun xal itirməsindən asılı olaraq, vəziyyətini kifayət qədər yaxşılaşdıracaq. 3:2 hesablı qələbə də “Azəryol”a sərf etməyə bilər.
Super Liqanın digər gümüş mükafatçısı “İqtisadçı”nın da qələbə qazanmaqdan başqa variantı yoxdur. Çünki Bakı təmsilçisi Moskva “Dinamo”su ilə görüşdən xalsız ayrılarsa, digər - “Srvena Zvezda” (Serbiya) - “Pyaçentsa” (İtaliya) cütünün nəticəsindən asılı olmayaraq, Çempionlar Liqasında mərhələ adlaya bilməyəcək. Bir sözlə, Bülənt Karslıoğlunun yetirmələrinə 3:0 və ya 3:1 hesablı qələbədən başqa, nəticə sərf etmir.
Çempionlar Liqası
V tur
10 dekabr
E qrupu
18:00. “Azəryol” (Azərbaycan) – “Qalatasaray” (Türkiyə)
Hakimlər: Alin Mateyzer (Rumıniya), Aleksandr Pyasetski (Belarus)
Bakı, Voleybol Mərkəzi
B qrupu
19:00. “Dinamo” (Moskva, Rusiya) - “İqtisadçı” (Azərbaycan)
Hakimlər: Diit Köiv (Estoniya), Karin Zaharçova (Çexiya)
Moskva, “Drujba” İdman Sarayı
11 dekabr
A qrupu
18:00. “Rabitə” (Azərbaycan) - “Beziers” (Fransa)
Hakimlər: Milan Todorov (Bolqarıstan), Dusan Riçlik (Çexiya)
Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi

Qalatasaray | 4 | 3 | 1 | 11-4 | 365-326 | 10 |
Konegliano | 4 | 3 | 1 | 10-8 | 415-388 | 7 |
Azəryol | 4 | 2 | 2 | 9-9 | 400-411 | 6 |
Yamamay | 4 | 0 | 4 | 3-12 | 299-354 | 1 |
B qrupu
19:00. “Dinamo” (Moskva, Rusiya) - “İqtisadçı” (Azərbaycan)
Hakimlər: Diit Köiv (Estoniya), Karin Zaharçova (Çexiya)
Moskva, “Drujba” İdman Sarayı
Dinamo (Moskva) | 4 | 3 | 1 | 11-6 | 403-345 | 10 |
Pyaçentsa | 4 | 3 | 1 | 10-4 | 337-287 | 9 |
İqtisadçı | 4 | 2 | 2 | 7-8 | 322-333 | 5 |
Srvena Zvezda | 4 | 0 | 4 | 2-12 | 249-346 | 0 |
11 dekabr
A qrupu
18:00. “Rabitə” (Azərbaycan) - “Beziers” (Fransa)
Hakimlər: Milan Todorov (Bolqarıstan), Dusan Riçlik (Çexiya)
Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi
Rabitə | 4 | 4 | 0 | 12-2 | 333-267 | 11 |
Omiçka | 4 | 3 | 1 | 11-3 | 324-264 | 10 |
Dresdner | 4 | 1 | 3 | 3-10 | 261-311 | 3 |
Beziers | 4 | 0 | 4 | 1-12 | 247-323 | 0 |
0
0