“Bakı təmsilçisi sürpriz etməyə layiqdir” - MÜSAHİBƏ
09.12.2013 - 14:47
Moskva “Dinamo”sunun voleybolçusu Olqa Jitova klubun rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, 30 yaşlı blokçu son 2 matçda qazandıqları qələbədən və sabah Çempionlar Liqasının V turu çərçivəsində qəbul edəcəkləri “İqtisadçı” ilə qarşılaşmadan danışıb.
- “Srvena Zvezda” və “Tümen”in sizin üçün asan rəqib olduğunu söyləmək olarmı?
- Asan rəqiblər olmur. Özü də biz Serbiyada 1 setdə uduzduq. “Srvena Zvezda” ilə oyuna çox diqqətlə yanaşmışıq. Tümen təmsilçisi ilə matça da eyni səviyyədə çıxdıq.
- Oyunçular Rusiya çempionatı və Çempionlar Liqasının görüşlərinə fərqli köklənirmi?
- Bu 2 yarışda oyun üslubu fərqlidir. Məsələn, Bakının “İqtisadçı” klubunu götürək. Burada kifayət qədər çox sayda legionerlər var ki, onlar da çox sürətli voleybola üstünlük verirlər. “Pyaçentsa”nın da öz oyun üslubu var. Rusiyada isə hələ də daha yuxarıdan olan ötürmələr üstünlük təşkil edir. Komanda oyunu fərqli olur. Konsentrasiyaya gəlincə, əlbəttə, bir hər oyuna, hər setə eyni cür köklənirik.
- Növbəti rəqibiniz “İqtisadçı” barədə nə deyə bilərsiz?
- Bakı klubu heç də asan komanda deyil. Mən artıq onların sürətli oyun nümayiş etdirməsini qeyd etmişəm. Bundan başqa, onlar öz toppaylayıcılarının temperamentinin müxtəlifliyindən qarşılaşmanın gedişində yararlanıb, matçın gedişini də dəyişə bilirlər. Əminəm ki, bu komanda sürprizlər etməyə qadirdir.
- “İqtisadçı” ilə qarşılaşmada revanş alacağınızı gözləyirsizmi?
- Düşünürəm ki, biz oyunun bütün mümkün ssenarilərini təhlil edəcəyik. Bakılılarla matça çox yaxşı hazırlaşmışıq, çalışacağıq ki, məşqçilərin bütün tapşırıqlarını yerinə yetirib, qələbə qazanaq.

0
0