“Vəzifəmizin öhdəsindən gələcəyimizə inanıram” - FOTO
09.12.2013 - 15:22
“Bizim Çempionlar Liqasında belə çıxışımız qitənin ən nüfuzlu klub turnirindəki təcrübəmizlə bağlıdır. Heyətimizdə elə voleybolçular var ki, çoxdandır bu səviyyədə yarışda oynamayıblar”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un baş məşqçisi Ancelo Vercesi deyib.
Braziliyalı mütəxəssis sabah Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qalatasaray”la oyunda qələbənin vacibliyini dərk etdiklərini bildirib: “Qarşıdakı oyunlarda qalib gəlməliyik. Bu bizim üçün çox vacibdir. “Qalatasaray” yetərincə yaxşı oyunçulara malik güclü komandadır. Türkiyə təmsilçisi belə elit səviyyədə oynamağı haqq edib. Amma qarşımızda hansı komandanın olmasına baxmayaraq, vəzifəmizin öhdəsindən gələcəyimizə inanıram”.
Qeyd edək ki, “Azəryol” İstanbul təmsilçisini sabah Voleybol Mərkəzində saat 18:00-da qəbul edəcək.

0
0