Sanya Staroviç: Qrup liderliyini qorumaq lazımdır
09.12.2013 - 16:30
“Biz “Lokomotiv”ə qarşı yaxşı oyun keçirdik. Qarşılaşmada əla və sürətli voleybol nümayiş etdirdik”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin kapitanı Sanya Staroviç deyib.
Serbiyalı hücumçu Çempionlar Liqasında Fransanın “Beziers” klubu ilə oyun öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, pley-offa vaxtından əvvəl yüksəlmələrinə baxmayaraq, qrup birinciliyini də qorumaq lazımdır: “Gündən-günə oyunumuzu daha da yaxşılaşdırırıq. Mən bundan çox razıyam. Biz maksimum köklənməni saxlamalı və “Beziers”ə qalib gəlməliyik. Çünki qrup liderliyini qorumaq lazımdır. Bu da bizim üçün çox vacibdir”.
Qeyd edək ki, “Rabitə” Fransa təmsilçisi ilə sabah oynayacaq.

0
0