“Rabitə”nin baş məşqçisi: Hər şeyə hazır olmalıyıq
09.12.2013 - 17:02
“Rabitə”nin baş məşqçisi Eldar Yusubov Çempionlar Liqasında Fransa “Beziers”i ilə oyun öncəsi fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, mütəxəssis sabah baş tutacaq matça qələbə üçün çıxacaqlarını deyib.
Yusubov bildirib ki, pley-offa yüksəlmələrinə baxmayaraq, qələbə seriyasını davam etdirmək və mərhələni qrup lideri kimi adlamağı hədəfləyiblər: “Çempionlar Liqasında zəif komanda yoxdur. Burada iştirak edənlərin hamısı güclü klublardır. Bu üzdən onların hər birinə hörmətlə yanaşmalıyıq. Bu, Çempionlar Liqasıdır. Ona görə də hər şeyə hazır olmalıyıq. Oynadığımız hər matça, hər setə köklənməli və konsentrasiyamızı qorumalıyıq. Hesab edirəm ki, komandam inkişafdadır və oyun planımız da təkmilləşir”.

0
0