“Nəticələrdən razıyam”
09.12.2013 - 18:28
“Nəticələrdən razıyam”
Qadın voleybolçular arasında Çempionlar Liqasının V turunun oyununda Azərbaycan təmsilçisi “İqtisadçı” ilə qarşılaşacaq Moskva “Dinamo”su görüşə optimal heyətlə çıxacaq. Apasport.az saytının məlumatına görə, bunu Rusiya təmsilçisinin baş məşqçisi Svetlana İliç açıqlayıb.

O bildirib ki, heyətin indiki durumundan məmnundur. İliç matç haqda fikirlərini açıqlayarkən azarkeş dəstəyini də vurğulayıb: “Son oyunlarda sərəncamımda olan bütün oyunçular meydana çıxıb. Mən də onların nümayiş etdirdiyi oyundan və nəticədən razıyam. Bizi yaxşı dəstəkləyən azarkeşlərimizdə də təşəkkür edirəm. Onların hamısını “İqtisadçı” ilə qarşılaşmaya dəvət edirəm”.

Qeyd edək ki, “Dinamo” – “İqtisadçı” oyunu sabah keçiriləcək.