“Azərreyl” üçün Salabaşyan
10.12.2013 - 09:40
“Azərreyl” üçün Salabaşyan
Qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsini idarə edəcək ədalət təmsilçiləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Lokomotiv”in İsrail “Hapoel”i ilə oyununda albaniyalı Erjon Mujo əsas hakim olacaq. Kfar Saba təmsilçisi ilə görüşdə Veronika Papadopol (Rumıniya) ikinci referi funksiyasını yerinə yetirəcək.

“Olomouts” (Çexiya) – “Azərreyl” qarşılaşmasında isə Antonio Erçe Alvarez (İspaniya) və Hari Salabaşyan (Bolqarıstan) ədaləti qoruyacaqlar.

Qeyd edək ki, “Lokomotiv” sabah, “Azərreyl” isə dekabrın 12-də cavam matçına çıxacaq. Hər 2 təmsilçimiz ilk görüşünü “quru hesablı” qələbə ilə başa vurub.