“İqtisadçı” pley-off şansını itirdi - YENİLƏNİB
10.12.2013 - 20:20
“İqtisadçı” pley-off şansını itirdi - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının V turunun oyunlara start verilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Super Liqanın gümüş mükafatçısı “İqtisadçı” Moskva “Dinamo”sunun qonağı olub.

Bakıda baş tutan qarşılaşmada rəqibinə 3:2 hesabı ilə qalib gələn “tələbələr” bu dəfə “quru hesablı” məğlubiyyətə üzülüblər. Bu isə analoji yarışda debüt edən komandamızın pley-off arzusunun üstündən xətt çəkib. Çünki “İqtisadçı” qarşılaşmada 3 xal qazanacağı halda növbəti mərhələ şansını saxlayacaqdı ki, bunun da öhdəsindən gələ bilməyib.

Düzdür, qarşılaşma “İqtisadçı” üçün yaxşı başlayıb. Onlar ilk setin hər 2 texniki fasiləsinə irəlidə yollanıblar – 8:6, 16:12. Lakin komandamız bu üstünlüyünü qoruya bilməyib. Ruslar əvvəlcə hesabı bərabərləşdiriblər – 16:16. Ardınca xalaxal prinsipi ilə davam edən seti isə aktivlərinə yazıblar.

Bülənt Karslıoğlunun yetirmələri növbəti 2 hissədə də oyunlarında dönüş yarada bilməyiblər. Daha güclü olan rəqib setləri böyük üstünlüklə qazanaraq, qarşılaşmanın hesabını müəyyənləşdirib – 3:0.

Beləliklə, son turun nəticəsindən asılı olmayaraq, “İqtisadçı” qrupda qalacaq. Lakin bu o demək deyil ki, Bakı təmsilçisi avrokuboka əlvida deyəcək. Onların qrupumuzda “Srvena Zvezda” (Serbiya) - “Pyaçentsa” (İtaliya) matçının nəticəsindən asılı olaraq, bu və ya son turda elə serblərlə dueldə CEV kubokunda mübarizəni davam etdirməsinə aydınlıq gələcək.


Çempionlar Liqası
V tur
10 dekabr
B qrupu

“Dinamo” (Moskva, Rusiya) - “İqtisadçı” (Azərbaycan) - 3:0 (25:23; 25:17; 25:18)
Hakimlər: Diit Köiv (Estoniya), Karin Zaharçova (Çexiya)
Moskva, “Drujba” İdman Sarayı

Dinamo (Moskva)
5
4
1
14-6
478-403
13
Pyaçentsa
4
3
1
10-4
337-287
9
İqtisadçı
5
2
3
7-11
380-408
5
Srvena Zvezda
4
0
4
2-12
249-346
0