“Azəryol” “Qalatasaray”la Bakıda da bacarmadı
10.12.2013 - 20:23
Bu gün “Azəryol” Çempionlar Liqasında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi V tur çərçivəsində Türkiyənin “Qalatasaray” klubu ilə üz-üzə gəlib.
İstanbulda 1:3 hesabı ilə uduzan komandamız evdə də rəqibi ilə bacarmayıb. Nəticədə Super Liqanın gümüş mükafatçısının pley-offa yüksəlmək şansı daha da azalıb.
Qarşılaşmaya gəlincə, “Azəryol” qarşılaşmaya fəal başlayıb. Təmsilçimiz startdaca 4 top irəli çıxıb – 5:1. Ardınca inamlı təsir bağışlayan voleybolçularımız üstünlüyü 7 topa kimi artıra biliblər – 11:4, 19:11. Lakin bundan sonra rəqib fəallaşıb. Onlar hesabı 19:22 etsələr də, Vercesinin tay-autları ilk hissədə qələbəmizi təmin edib – 25:21.
Ardınca ssenari dəyişib. “Azəryol”un startdakı oyunundan əsər-əlamət qalmayıb - 1:6. Bu 5 topluq fərq ilk texniki fasilədə də dəyişməyib. “Qalatasaray” artıq 7 top irəli keçdikdən sonra (12:5) komandamız fərqli minimuma endirib - 11:12. Amma bu da “Azəryol”a əlavə ruh yüksəkliyi verməyib və qonaqlar matçda status-kvonu bərpa ediblər – 1:1.
Üçüncü setdə isə komandamız məsuliyyətini dərk edərək, oyununda dönüş yaradıb. Hər 2 texniki fasilədə irəlidə olan (8:5, 16:9) Super Liqanın gümüş mükafatçısı yekundan yenidən hesabda önə keçməyi bacarıb – 2:1.
Amma bu onların son sevinci olub. Çünki dördüncü hissədə yenidən hesabı bərabərləşdirən “Qalatasaray” tay-brekdə komandamızdan üstün olub.
Bununla da, “Azəryol” mərhələ adlamaq şansını daha da çətinləşdirib. Hətta artıq onların pley-offa yüksəlmək şansı öz əllərində deyil. Bir sözlə, Bakı təmsilçisi İtaliya klublarından asılı vəziyyətə düşüb.
Çempionlar Liqası
V tur
10 dekabr
E qrupu
“Azəryol” (Azərbaycan) – “Qalatasaray” (Türkiyə) - 2:3 (25:21; 22:25; 25:21; 15:25; 14:16)
Hakimlər: Alin Mateyzer (Rumıniya), Aleksandr Pyasetski (Belarus)
Bakı, Voleybol Mərkəzi

Qalatasaray | 5 | 4 | 1 | 14-6 | 473-427 | 12 |
Konegliano | 4 | 3 | 1 | 10-8 | 415-388 | 7 |
Azəryol | 5 | 2 | 3 | 11-12 | 501-519 | 7 |
Yamamay | 4 | 0 | 4 | 3-12 | 299-354 | 1 |
0
0