Azərbaycan çempionatının növbəti turu başladı
06.02.2024 - 10:37
Azərbaycan çempionatının növbəti turu başladı

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunları başlayır. 

Apasport.az xəbər verir ki, ölkə çempionatında 12-ci turun qarşılaşmaları Bakı və Gəncə şəhərlərində keçiriləcək..

Ev oyunlarını Gəncə OİK-də keçirən “Gəncə” klubunun bu dəfəki qonağı “Azərreyl” olacaq. Oyun saat 16:00-da başlayacaq.

Bakıdakı ilk matç GİN-nin Voleybol Mərkəzində təşkil olunacaq. Saat 16:00-da start götürəcək oyunda “Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gələcəklər.

Növbəti qarşılaşma isə saat 18:00-da UNEC-in idman zalında “Abşeron” və UNEC komandaları arasında olacaq.

Qeyd edək ki, “Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” matçı “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

6 fevral

Yüksək Liqa (qadınlar)

XII tur

16:00. “Gəncə” - “Azərreyl” (GƏNCƏ OİK)

16:00. “Murov Az Terminal” - “Milli Aviasiya Akademiyası” (GİN-nin Voleybol Mərkəzi)

18:00. “Abşeron” - UNEC (UNEC VK-nın İdman zalı)

0