“Arxa xətdə gərginlik var idi”
17.07.2014 - 17:18
“Arxa xətdə gərginlik var idi”

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Skott Allen Mollenhauer yetirmələrindən razı qalıb. Apasport.az saytının məlumatına görə, kiçik ölkələrin Avropa çempionatının qrup mərhələsinin III turunda Uelsə məğlub olan yığmamızın çalışdırıcısı qarşılaşma haqda fikirlərini açıqlayıb.

 

Baş məşqçi Tatyana Slojenitsinanın köməkçisi basketbolçularımızı tənqidə layiq bilməyib: “Bu qarşılaşmada Uels millisi sonluqda yaxşı oyandı. Biz sərbəst atışlardan yararlana bilmədik. Amma qızlarımız ayxşı təsir bağışladı”.

 

Uelsin baş məşqçisi Şon Reynolds isə çətin qələbənin sirrini açıqlayıb: “Biz bu gün daha ayxşı oyandıq. Müdafiədə diqqətli olduq. Arxa xətdə bir az gərginlik olsa da. ümumilikdə oyun yaxşı oldu”.