“Bacardığımız kimi oynaya bilmədik”
19.07.2014 - 16:28
“Bacardığımız kimi oynaya bilmədik”

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Skott Allen Mollenhauer yetirmələrindən narazı qalıb. Apasport.az saytının məlumatına görə, kiçik ölkələrin Avropa çempionatının Cəbəllütariqə qalib gələn yığmamızın çalışdırıcısı qarşılaşma haqda fikirlərini açıqlayıb.

 

Baş məşqçi Tatyana Slojenitsinanın köməkçisi basketbolçularımızın uyğunlaşma prosesini arxada qoyduğunu qeyd edib: “Biz bacardığımız kimi oynaya bilmədik. Lakin oyunçuların bir-birinə uyğunlaşması müsbət haldır. Belə turnirin keçirilməsi çox yaxşı oldu. Xüsusilə də Azərbaycan millisi üçün. Düzgün istiqamƏtdə inkişaf etmək baxımından yarışın rolu böyük oldu”.

 

Qeyd edək ki, millimiz Cəbəllütariqi 69:50 hesabı ilə məğlub edib.