“Natalya Məmmədova heyranedici insandır”
13.06.2014 - 10:02
“Mən şadam ki, belə böyük ulduz komandamda oynayacaq”. Apasport.az saytının məlumatına görə, bunu İsveçrənin “Volero” klubunun baş məşqçisi Draqutin Baltiç deyib.
Təcrübəli mütəxəssis Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın Sürix klubuna keçidinə münasibət bildirib. “Rabitə” və “Lokomotiv”i də çalışdırmış Baltiç bildirib ki, 30 yaşlı hücumçu komandasının yeni uğurlarına böyük töhfə verəcək: “Natalya heyranedici insandır və onun bacarıqları sözsüz bizə kömək edəcək. İnanıram ki, o, uğurlarımızda böyük pay sahibi olacaq”.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO
0
0