“Rabitə” ulduz voleybolçu ilə müqavilə bağladı
11.03.2014 - 11:58
“Rabitə” ulduz voleybolçu ilə müqavilə bağladı

Martın 15-16-da Bakıda keçiriləcək Çempionlar Liqasının “Dördlər finalı”na hazırlaşan “Rabitə” yeni mövsüm üçün heyətini formalaşdırmaqda davam edir. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz ölkə çempionu toppaylayıcılar Katarjina Skorupa və Nutsara Tomkomun ardından ulduz voleybolçu Katarjina Skovronska ilə müqavilənin müddətini uzadıb.

 

Mövsümün əvvəlində Çinin “Quançjou Everqrand” klubundan transfer olunan polşalı universal oyunçu növbəti 1 ildə də “Rabitə”nin şərəfini qoruyacaq.

 

Qeyd edək ki, bu voleybolçulardan öncə blokçu Foluke Akinradevo və libero Brenda Kastillonun da Bakı klubunda qalacağı məlum idi. Skovronska ilə müqayisədə isə Skorupa və Tomkomla müqavilə 2 illik uzadılmışdı. 

0