[b]“Azərreyl” yerini “Lokomotiv”ə verdi[/b]
12.06.2014 - 08:00
[b]“Azərreyl” yerini “Lokomotiv”ə verdi[/b]

Avropa Voleybol Konfederasiyası (CEV) CEV kubokunda və “Çelenc Cup”da iştirak edəcək klubların adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan bu 2 yarışda 3 komanda ilə mübarizə aparacaq.

 

Belə ki, Super Liqanın bürünc medalçısı “İqtisadçı” ilə yanaşı, 5-ci yeri tutan “Lokomotiv” CEV kuboku uğrunda yarışacaq. Bu turnirdə yerini “dəmiryolçular”a güzəştə gedən ölkə çempionatının yarımfinalçısı “Azərreyl” isə “Çelenc Cup”da oynamaq üçün sifariş verib. Bununla da qitənin nüfuzuna görə 3-cü turnirində 2 fasilədən sonra iştirakımız təsdiqlənib.

 

Qeyd edək ki, Super Liqanın finalçıları “Rabitə” və “Azəryol” Çempionlar Liqasına qatılacaq.