Kişi voleybolçulardan ibarət Azərbaycan klubları yeni mövsümdə də avrokuboka qatılmayacaqlar. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyasının açıqladığı siyahıda ölkə təmsilçilərimiz yer almayıblar.
Belə ki, bu mövsüm Azərbaycan çempionatı 84 klubla start götürərək, bütün bölgələrimizi əhatə etsə də, komandalarımızın beynəlxalq arenaya çıxışı məqsədəuyğun sayılmayıb. Hazırda davam edən birinciliyimizin final mərhələsinin qalibi isə yalnız ölkə titulu ilə kifayətlənəcək.
Qeyd edək ki, Azərbaycan klublarından sonuncu dəfə “Azərneft” avrokubokda (Çelenc Cup) 2010/2011 mövsümündə oynayıb. Bu komanda isə artıq mövcud deyil.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO