Qadın voleybolçulardan ibarət Puerto-Rikonun dünya çempionatı üçün ilkin heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi ilə eyni qrupda yer alan komandanın baş məşqçisi Xose Meles mundialda güvənəcəyi voleybolçuların adlarını açıqlayıb.
O, “22-liyə” “Rabitə” ilə 2 dəfə Super Liqanın qalibi olan və yeni mövsümdə də Bakı təmsilçisinin şərəfini qoruyacaq Aurea Kruzun da adını daxil edib. Onun yoxlama matçlarından sonra ən azı 6 oyunçunu siyahıdan çıxaracağı bildirilir.
Puerto-Riko millisinin heyəti
Debora Seylhamer, Sara Veneqas, Vilmari Mohika, Leqna Ernandes, Saray Alvares, Yarimar Rosa, Stefani Enrayt, Vilnelya Qanzales, Aurea Kruz, Qenezis Kolyaso, Karina Osasio, Cennifer Noqueras, Yanalis Torres, Natalya Valentin, Patrisiya Montero, Aleksnadra Okendo, Şeyla Osasio, Linda Morales, Raymarieli Santos, Vanessa Veles, Şirli Ferrer, Nayka Benites.