[b]Bakı-2015 - dünyanın hər yerində[/b]
09.04.2015 - 15:24
[b]Bakı-2015 -  dünyanın hər yerində[/b]

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Avropa Oyunlarını nümayiş etdirmək üçün Avstraliyanın Olimpiya Oyunları teleyayımçısı “Seven Network” kanalı ilə müqavilə imzalayıb. Yarışın Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, Avstraliyanın ödənişsiz teleyayım üzrə aparıcı kanalı Oyunlarının ölkə üzrə 8.4 milyon evə gündəlik yayımını öhdəsinə götürüb.

 

“Seven Network” kanalı 2007-ci ölkəsinin ən reytinqli televiziya kanalıdı. “Seven Network” kanalı ilə bağlanmış müqavilə Avropa teleyayımçıları ilə yanaşı, Amerika Birləşmiş Ştatları, Kanada, Hindistan, Çin və ərəb dünyası ölkələri ilə imzalanmış müqavilələr sayəsində dünyanın 4 bir yanında Avropa Oyunlarının daha çox tamaşaçı kütləsi tərəfindən izlənilməsini təmin edir.

 

BAOƏK-nin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq “Seven Network” kanalının Olimpiya oyunlarının nüfuzlu teleyayımçısı olduğunu bildirib və qeyd edib ki, bu kanalın Avropa Oyunlarının teleyayımını öhdəsinə götürməsi Bakı-2015-in beynəlxalq idman tarixinə mühüm töhfə olduğunu bir daha təsdiq edir.

 

Bu sazişlə Bakı-2015 Birinci Avropa Oyunları bağlanmış yayım müqavilələrinin sayını 57-yə çatdırıb. “Seven Network” kanalının idman şöbəsinin direktoru Sol Ştayn vəzifələrinin mötəbər idman tədbirlərini tamaşaçılarına təqdim etməkdi: “I Avropa Oyunlarının uzunmüddətli teleyayımını həyata keçirdiyimiz Olimpiya Oyunları və ilk dəfə ödənişsiz yayımını təşkil etmək üçün müqavilə imzaladığımız Paralimpiya Oyunları ilə mükəmməl uyğunluq təşkil etdiyini düşünürük”.

 

0