[b]Fransa klubunun Azərbaycan çempionu üçün Bakıya gələcəyi tarix dəqiqləşdi[/b]
10.02.2015 - 12:39
“Rabitə”nin CEV kubokunun “Çelenc raund”unda ev oyununun vaxtı və başlama saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Fransanın “Beziers” klubunu martın 12-də qəbul edəcək.
“Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq qarşılaşma saat 17:00-da start götürəcək.
Qeyd edək ki, Aqdedə keçiriləcək ilk oyun martın 3-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
0
0