Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova İsveçrənin “Volero” komandasına keçidinin səbəblərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Rusiya “Omiçka”sını Sürix klubuna dəyişən yığmamızın lideri sabiq komandası ilə yeni müqavilə bağladığı üçün xoşbəxt olduğunu deyib.
Məmmədova bildirib ki, “Volero”da əsas məqsədi 2005/2006 və 2007/2008 mövsümündə olduğu kimi uğur qazanmaqdır: “Mən bu keçiddən çox razıyam. Xoşbəxtəm ki, yenidən özümü evimdəki kimi hiss edəcəm. “Volero” sevimli komandamdır və 5 illik müqavilə ilə mənə göstərilən etimadı doğruldacağıma ümid edirəm. Mükafatlar qazanıb, karyeramı İsveçrə klubunda bitirmək fikrindəyəm”.
Qeyd edək ki, Natalya “Valero” ilə İsveçrə çempionluğunu və kubokunu qazanıb.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO