[b]Qızıl medalçı fəxri kürsüyə “Azərbaycan əsgəri, səninlə fəxr edirik” pankartı ilə çıxdı[/b]
09.04.2016 - 20:35
[b]Qızıl medalçı fəxri kürsüyə “Azərbaycan əsgəri, səninlə fəxr edirik” pankartı ilə çıxdı[/b]

Voleybol üzrə Azərbaycan çempionatının mükafatlandırma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, qadınlar arasında Super Liqanın final mərhələsinin son oyunlarından sonra baş tutan tədbirdə Super Liqa təmsilçiləri meydana dəvət olunub.

 

“Lokomotiv” bürünc, “Telekom” gümüş, medallarla mükafatlandırılıb. Onlara medalları Azərbaycan Voleybol Federasiyasının rəsmiləri təqdim ediblər. Fəxri kürsüyə sonuncu qalxan isə “Azərreyl” olub.

 

Super Liqa tarixinə 8 qat çempion “Rabitə”dən sonra bu titula yiyələnən 2-ci komanda kimi tarixə düşən paytaxt təmsilçisi fəxri kürsünün ən yüksək pilləsinə “Azərbaycan əsgəri, səninlə fəxr edirik” şüarı yazılmış pankartla çıxıb. “Azərreyl” qızıl medalları federasiyanın vitse-prezidenti Faiq Qarayevdən alıb.

 

Rəsmi çıxışlarla davam edən tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.

0