Azərbaycan çempionatının mükafatçısı millimizə rəqib oldu
08.09.2014 - 13:53
Azərbaycan çempionatının mükafatçısı millimizə rəqib oldu

Qadın voleybolçulardan ibarət Yaponiya millisi dünya çempionatı üçün ilkin heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 23-də start götürəcək mundialda Azərbaycanla eyni qrupda yer alan komandanın baş məşqçisi Masayosi Manabe güvənəcəyi “22-liyi” müəyyənləşdirib.

 

O, Saori Kimura, Miyu Naqaoka, Hitomi Nakamiti, Arisa Takada, Arisa Sato, Yuko Sano, May Yamaquti, Riko Seki, Midzuho İsida, Miya Sato, Aimi Kavaşima, Yuku İsii, Risa Sinnabe, Yukiko Ebata, Natsumi Fudzita, Saori Sakoda, Kana Ono, Sayaka Tsutsui, Haruka Miyasita, Mami Uçiseto, Arisa İnoue və Miyuku Hiramatsuya dəvət göndərib.

 

Bu oyunçulardan Sano Azərbaycan üçün tanış simadır. 35 yaşlı libero 2010-2012-ci illərdə “İqtisadçı” klubunun şərəfini qoruyub və ilk mövsümündə Super Liqasının bürünc medalını qazanıb. Yuko 2011-ci ildə həmçinin, Azərbaycan çempionatının ən yaxşı müdafiəçisi seçilib.

 

Qeyd edək ki, yaponlar ilk turda Azərbaycan voleybolçuları ilə qarşılaşacaqlar.