Azərbaycan çempionundan növbəti müqavilə!
28.04.2014 - 13:17
Azərbaycan çempionundan növbəti müqavilə!

Yeni mövsümdə “Rabitə”nin şərəfini qoruyacaq daha bir voleybolçunun adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz Azərbaycan çempionu Nataşa Krsmanoviçlə müqavilənin müddətini uzadıb.

 

Belə ki, 2010-cu ildən Bakı klubunda çıxış edən, burada keçirdiyi 4 mövsümdə Super Liqanın qalibi olan, klublararası dünya çempionatının qızıl və gümüş medalını qazanan, həmçinin Çempionlar Liqasının 2 dəfə finalında oynayan serbiyalı blokçu daha 1 il “Rabitə”nin uğurları üçün çalışacaq. O, artıq rəsmi müqaviləyə də imza atıb.

 

Krsmanoviçdən fərqli, kapitan Sanya Staroviçin taleyinə hələ tam aydınlıq gəlməyib. “Rabitə”nin son 6 ildə uğurlarında pay sahibi olan hücumçunun yeni ildən yeni klubda çıxış edəcəyi də istisna edilmir.

 

Qeyd edək ki, Nataşa ilə komandadakı oyunçuların sayı 18-yə çatıb. Bakı təmsilçisi ona qədər Katarjina Skovronska, Aurea Kruz (hər ikisi 1 il), Katarjina Skorupa və Nutsara Tomkomla (2 il) da anlaşmanın müddətini uzatmışdı. Həmçinin, müqaviləyə əsasən Brenda Kastillo, Foluke Akenradevo (daha 1 il), Rozanna Giel Ramos, Yoana Palasio Mendoza, Salas Vilma Rosell, Xiselye da Silva Franko ( hamısı 5 il), Tori Dikson, Gina Mankuso, Kristi Cekson, Kayla Banvart, Britni Kuper, Reyçel Rurk və Dora Horvat (hamısı daha 2 il) da “Rabitə”yə məxsusdur.