Bolqarıstanda dünya çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi daha bir yoxlama matçında qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, yığmamız ev sahibləri ilə qarşılaşıb.
Görüş bir gün öncə olduğu kimi yenə “sülh”lə başa çatıb. 4 setin yekununda Azərbaycan millisi hesabı bərabərləşdirdikdən sonra tay-brek oynamağa ehtiyac qalmayıb – 2:2 (15:25, 22:25, 25:19, 25:12).
Polina Rəhimova, Kseniya Kovalenko və Oksana Parxomenkonun ehtiyatda qaldığı qarşılaşmanın rəqib voleybolçu Kremena Kamenova olub. “Lokomotiv”in sabiq voleybolçusu 20 dəqiq zərbə vurub. Millimizin heyətində isə Odina Əliyeva 13, Ayşən Abduləzimova ilə Yekaterina Jidkova hərəyə 12 xal toplayıblar.
Qeyd edək ki, bu komandaların daha bir oyunu nəzərdə tutulub.