Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Andre Meyer və vitse-prezidenti Yan Xronik növbəti dəfə Azərbaycana səfər edəcəklər. Apasport.az saytının məlumatına görə, qurum rəsmilərinin paytaxtımıza gəlməsində məqsəd sabah Bakıda start götürəcək “Baku Masters” yarışını izləməkdir.
Onlar, həmçinin Almaniya, İtaliya, Rusiya, Azərbaycan, Ukrayna, Yunanıstan, Finlandiya və qitənin bir çox aparıcı cütlüklərinin qatılacağı Bakı-2015-ə test xarakterli turniri izlədikdən sonra mətbuat konfransı keçirəcəklər. Pirşağıda sentyabrın 12-nə nəzərdə tutulan tədbirdə bir sıra məqamlara aydınlıq gətiriləcək.
Bu arada “Baku Masters”in mükafat fondu da açıqlanıb. Yarışın qalibi 6 min, II yeri tutacaq yığma 4, bürünc medallara sahib olacaq cütlük isə 3 min avro irəli düşəcək.
Qeyd edək ki, sentyabrın 10-14-də keçiriləcək turnirə 20-dən çox kişi və qadın klubları qatılacaq.