Qadın voleybolçulardan ibarət Dominikan Respublikası dünya çempionatı üçün ilkin heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Markus Kviek “22-liyə” Azərbaycan Super Liqasından da oyunçu dəvət edib.
Bu, “Rabitə” ilə 2 dəfə Super Liqanın qalibi olan Brenda Kastillodur. Liberonun yekun heyətdə də yer alacağı gözləniləndir.
Kviekin düşərgəyə çağırdığı voleybolçular arasında azarkeşlərimiz üçün tanış simalar - Azərbaycan çempionatının gümüş medalçısı Anneris Varqas (Azəryol), 3-cüsü Marianne Fersola (İqtisadçı), həmçinin mövsümü mükafatsız bitirən Rivella Prisillanın (Lokomotiv) yer alıb.
Qeyd edək ki, Dominikan Respublikası İtaliyada keçiriləcək mundialda ev sahibləri, Almaniya, Tunis, Xorvatiya və Argentina ilə A qrupunda mübarizə aparacaq.