Hollandiyalı baş məşqçi: Azərbaycanda çalışmaq mənə çox maraqlıdı
05.09.2014 - 10:53
Hollandiyalı baş məşqçi: Azərbaycanda çalışmaq mənə çox maraqlıdı

“Almaniyada dünya çempionatı səbəbindən 4 oyunçu ilə hazırlığa başladıq. Digər oyunçularımız milli komandalarının düşərgələrindədirlər. Bu üzdən “Şveriner”lə birgə hazırlıq keçdik”. Apasport.az saytının məlumatına görə, bunu “Lokomotiv”in baş məşqçisi Teun Buijs deyib.

 

Hollandiyalı mütəxəssis Bakı klubu ilə birgə işbirliyindən danışıb.

 

O, Almaniyadakı hazırlığı şərh edərək bildirib ki, hələ tam heyətlə məşq etmək imkanları yoxdu. Dünya çempionatı səbəbindən millidə yer almayan voleybolçularla Azərbaycanda hazırlığı davam etdirən Buijs almaniyalı həmkarlarımıza Bakı klubunu seçməsinin səbəblərini də açıqlayıb: “Son klubum Polşa “Atom”u olub. Lakin baş məşqçi kimi Azərbaycanda çalışmaq mənə çox maraqlıdı. Çünki burada dünyanın bir sıra aparıcı oyunçuları oynayırlar. “Lokomotiv” də böyük iddiaları olan komandadı. Düzdür, ötən mövsüm uğursuz çıxış edib, 5-ci olublar. Bu səbəbdən yeni mövsümə yeni oyunçu və yeni məşqçilərlə başlamağa qərar veriblər”.

 

Baş məşqçi Azərbaycan klublarının büdcəsindən də danışıb. O bildirib ki, Bakı klublarını maddi dayaqlarına görə seçməyib və onlardan da imkanlı klublar var: “Fikrimcə, Rusiya və Türkiyədə daha çox pul var. Komandamızın qarşısına Azərbaycan Super Liqasında “Dördlər finalı”na yüksəlmək tapşırığı qoyulub. Burada isə ikinci və üçüncü olmağa çalışacağıq”.