Hollandlar simvolik yığmamızın oyunçusunu köməyə çağırdı
29.04.2014 - 10:35
Hollandlar simvolik yığmamızın oyunçusunu köməyə çağırdı

Qadın voleybolçulardan ibarət Hollandiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Bolqarıstanda baş tutacaq beynəlxalq turnir, Yeltsin kuboku və Qran-pri yarışı üçün 23 oyunçuya dəvət göndərib.

 

Heyətdə son mövsümü “İqtisadçı”da oynayan Manon Flier də var. Onun hər 3 yarışda əsas heyətdə çıxış etməsi istisna deyil.

 

Qeyd edək ki, bu il “tələbələr”lə Super Liqanın bürünc medalını qazanan Flier ötən mövsüm “Azəryol”la ikinci olmuşdu. Hücumçu, həmçinin son ildə çempionatımızın simvolik yığmasında (topu oyuna ən yaxşı daxil edən) yer alıb.