Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova karyerasını yenidən İsveçrədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçumuz son 2 mövsümdə formasını geyindiyi Rusiya “Omiçka”sı ilə müqaviləsini qarşılıqlı şəkildə pozaraq, “Volero” ilə anlaşıb.
Məmmədova çox güman ki, karyerasını məhz bu klubda başa vuracaq. Çünki Natalya Sürix təmsilçisi ilə 5 illik müqavilə bağlayıb. Təmsilçimizi “Omiçka”da isə Brankiça Mihayloviç əvəzləyib.
Qeyd edək ki, voleybolçumuz 2005/2006 və 2007/2008 mövsümündə də “Volero”da çıxış edib. O, bu klubla İsveçrə çempionu və kubokunu da qazanıb.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO