Qadın voleybolçular arasında Rusiya Superliqasında XXI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” “Uraloçka”nın qonağı olub.
Təmsilçimizin 1 aylıq zədədən sonra qayıdışı Omsk klubu üçün uğurlu alınıb. “Omiçka” Nikolay Karpolun yetirmələrinə heç bir şans verməyib - 3:0 (25:21, 25:20, 25:19).
Bu qələbə Məmmədovanın komandasını yenidən ikinci pilləyə yüksəldib. Hazırda onların aktivində 43 xalı var.
Qeyd edək ki, “Omiçka” mövqeyini qorumaq üçün son turda əsas rəqibi Krasnodar “Dinamo”su ilə qarşılaşacaq.
Məmmədova meydana döndü, komandası mövqeyini yaxşılaşdırdı
11.04.2014 - 08:08
0
0