Millimiz sabah Bolqarıstana gedir
04.09.2014 - 09:37
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi sabah Bolqarıstana yollanacaq. Apasport.az saytının məlumatına görə, səfərdə məqsəd dünya çempionatına hazırlığın son mərhələsini tamamlamaqdır.
Belə ki, Mariborda və Bakıda təlim-məşq toplanışında olan komandamız Sofiyada əsasən yoxlama oyunlarına üstünlük verəcək. Burada yerli yığma ilə yanaşı, İtaliya ilə də sınaq matçları nəzərdə tutulub. Rəqiblərin sayının artacağı da istisna olunmur.
Qeyd edək ki, voleybolçularımız Sofiyada təlim-məşq toplanışını yekunlaşdırdıqdan sonra birbaşa mundialın keçiriləcəyi İtaliyaya yollanacaq.
0
0