Çimərlik voleybolu üzrə Bakıda keçiriləcək Avropa çempionatının I mərhələsi üçün Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyunun 21-22-də baş tutacaq qrup oyunlarında ölkəmizi təmsil edəcək 4 cütlük müəyyənləşib.
Belə ki, kişilərin yarışında Artyom Fedorov (1989) – Maksim Basuy (1989) və Yaroslav Rudıx (1991) – Leonid Qritsay (1990) cütlükləri mərhələ adlamaq üçün mübarizə aparacaqlar. Qadınlar arasında isə ölkəmizin adından İrina Abbaszadə (1991) – Yuliya Kərimova (1985) və Viktoriya Ağakişiyeva (1989) – Zinayida Hüseynova (1988) çıxış edəcəklər.
Qeyd edək ki, paytaxtımızda baş tutacaq H qrupunda Azərbaycan cütlükləri ilə yanaşı, Türkiyə, Ukrayna və İsrail milliləri yer alıblar.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO