Natalya Məmmədovanın üzüntüsü
29.04.2014 - 08:07
Natalya Məmmədovanın üzüntüsü

Qadın voleybolçular arasında Rusiya Superliqasında yarımfinal oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, finala gedən yolda Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” Moskva “Dinamo”sunu qəbul edib.

Görüş Omsk təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb – 0:3 (18:25, 18:25, 22:25). Məmmədova qarşılaşmada 13 xal toplayıb.

Qeyd edək ki, komandalar arasından ikinci matç bu gün olacaq.