Naydiç: Azərbaycan səfərinin çətin olacağını bilirik
13.06.2014 - 13:35
Naydiç: Azərbaycan səfərinin çətin olacağını bilirik

“Türkiyə üzərində qələbədən sonra düşərgəmizdə əla ab-hava var. Bunun üçün də Azərbaycana uğurlu nəticə üçün yollanırıq”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Sloveniya millisinin baş məşqçisi Bruno Naydiç deyib.

Çalışdırıcı Avropa Liqasının qrup mərhələsi çərçivəsində iyunun 14-də və 15-də Azərbaycanla keçirəcəkləri oyun barədə danışıb. O bildirib ki, Bakıda onları çətin qarşılaşma gözləməsinə baxmayaraq, buna hazırdırlar: “Biz Azərbaycan səfərinin çətin olacağını bilirik. Amma maksimum güclə oynasaq, görüşü aktivimizə yazmağımız mümkündür. Bunu türklərlə oyunda da gördük. İlk turda uduzsaq da, ardınca qalib gəldik. Bakıda da bunun üçün çalışacağıq. Əlbəttə, biz orada sadəcə xətrinə yollanmırıq”.

Qeyd edək ki, ilk 2 turdan sonra Sloveniyanın aktivində 3 xalı olsa da, millimiz hələ xal yığa bilməyib.