Potensial rəqiblərimiz açıqlandı: Bəxtimizə “Barselona” düşə bilər!
12.06.2014 - 09:04
Potensial rəqiblərimiz açıqlandı: Bəxtimizə “Barselona” düşə bilər!

Avrokuboklara qatılacaq Azərbaycan klublarının potensial rəqiblərinin tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası CEV kubokunda və “Çelenc Cup”da oynayacaq bütün komandaların adını rəsmən açıqlayıb.

 

Belə ki, CEV kubokunda “İqtisadçı” və “Lokomotiv”lə yanaşı, qitənin 21 komandası gücünü yoxlayacaq. Onlara 1/4 finaldan sonra Çempionlar Liqasının qrup mərhələsində üçüncü yeri tutacaq klublar da qoşulacaq.

 

CEV kubokunun bütün iştirakçıları: “İqtisadçı”, “Lokomotiv” (hər ikisi Azərbaycan) “Atom”, “Dąbrova Qornitsa (hər ikisi Polşa), “Qalatasaray” (Türkiyə), “Dinamo” (Krasnodar, Rusiya), “Novara”, “Konegliano” (hər ikisi İtaliya), “Beziers”, “Roçeville” (hər ikisi Fransa), “Daufines”, “Gent”, (hər ikisi Belçika), “Saqras”, “Volley Köniz” (hər ikisi İsveçrə), “Dinamo Romprest”, “Volej Alba” (hər ikisi Rumıniya), “Srvena Zvezda” (Serbiya), “Kaloit”, “Maribor” (Sloveniya), “Olomouts” (Çexiya), “Asko Linz-Steq”, “Aparkasse” (hər ikisi Avstriya), “Loqrono” (İspaniya).

 

“Çelenc Cup”da qüvvəsini sınayacaq “Azərreyl” isə nisbətən zəif rəqiblərlə oynayacaq. Burada yalnız “Uraloçka” istisna təşkil edir.  

 

“Çelenc Cup”ın bütün iştirakçıları: “Azərreyl” (Azərbaycan), “Bursa BB” (Türkiyə), AEK, “Pannaxiakos” (hər ikisi Yunanıstan), “Apeldoorn”, “Sliedrext”, “Sneek” (hər üçü Hollandiya), “Mulhous” (Fransa), “Asteriks”, “Oudegem” (hər ikisi Belçika), “Buxarest”, “Tırqu Mureş” (hər ikisi Rumıniya), “Barselona” (İspaniya), “Hapoel” (Kfar Saba, İsrail), “Yedinstvo” (Serbiya), “Ksanti”, “Düdingen” (hər ikisi İsveçrə), “Levski” (Bolqarıstan), “Linamar”, “Teva”, “Vaşaş” (hər üçü Macarıstan), “Minçanka” (Belarus), “Poreç” (Xorvatiya), “Oriveden Ponnistus” (Finlandiya), “Rote Raben”, “Şveriner” (hər ikisi Almaniya), “Valfer” (Lüksemburq), “Stod Volley” (Norveç), “Post Şveçat”, “İnnsbruk”, “Holdinq” (hər üçü Avstriya), “Uraloçka” (Rusiya), “Bimal-Yedinstvo”, “Qasko” (hər ikisi Bosniya və Herseqovina), “Braslovçe” (Sloveniya).