Çempionlar Liqasının qrup mərhələsində “Rabitə”nin rəqibi olan Çexiyanın “Agel” klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, ölkəsinin çempionu kubalı Lanni Kastaneda Simonu rənglərinə bağlayıb.
28 yaşlı, 188 sm boya malik voleybolçu ilə 1 illik razılıq əldə olunub. Bununla da ötən mövsüm Kuba Voleybol Federasiyasının etirazından sonra cəza alaraq, rəsmi oyunlara çıxmayan Simon ilk dəfə Avropa komandasında forma geyinmək şansı qazanacaq.
O, son ili Sürixin “Volero” klubunda məşq etməklə keçirib.
Qeyd edək ki, dekabrda “Agel”in qonağı olacaq Azərbaycan çempionu yanvarda rəqibini qəbul edəcək.