Sloveniyalı baş məşqçi Azərbaycan yığmasından danışdı
16.06.2014 - 13:03
Sloveniyalı baş məşqçi Azərbaycan yığmasından danışdı

“Bakıda ilk qarşılaşmanı yaxşı keçirdik. Qəbələ sayəsində xallarımızın sayını 5-ə də çatdırdıq”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Sloveniya millisinin baş məşqçisi Bruno Naydiç deyib.

Çalışdırıcı Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanla keçirdikləri oyunları şərh edib. O bildirib ki, yığmamızla oyunda xal itirmələrinə baxmayaraq, qarşıdakı görüşlərdə daha güclü təsir bağışlayacaqlar: “Birinci görüşdə 0:2 hesabı ilə geridə olmağımıza baxmayaraq, əla oyun nümayiş etdirdik və 3:2 hesabı ilə qalib gəldik. Bu, təbii ki, çox xoşdur. Lakin ikinci oyundan lazımı nəticəni qazana bilmədik. Buna baxmayaraq, qarşıda matçlarımız var. Hər görüşdə daha yaxşı oynamağa çalışacağıq. Çünki qızların hamısında əhval-ruhiyyə yüksəkdir və ürəklə oynayırlar”.

 

Qeyd edək ki, Avropa Liqasının III turunda Azərbaycan 3:2 hesabı ilə qalib gələn Sloveniya, cavab görüşündə 0:3 hesabı ilə uduzub.