Son sınaq
17.07.2014 - 16:41
Son sınaq

Qadın basketbolçular arasında kiçik ölkələrin Avropa çempionatında ikinci mərhələnin təqvimi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 5-7-ci yerlər uğrunda mübarizə aparan Azərbaycan millisi son oyununu sabah keçirəcək.

 

Komandamız Bakı vaxtı ilə saat 17:00-da başlayacaq matçda Cəbəllütariqlə üz-üzə gələcək. Ertəsi gün isə Uels və Cəbəllütariq qarşılaşacaq.

 

Qeyd edək ki, millimiz bu mərhələyə 1 xalla başlayır. Çünki eyni qrupdan 5-7-ci yerlər uğrunda mübarizə aparacaq “üçlüy”ə düşən Azərbaycan və Uels arasında əvvəlki matçın nəticəsi hesaba alınır. Həmin matçda qalib gələn (69:67) britaniyalıların hesabında isə 2 xal var.