Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının I təsnifat mərhələsinə hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, komandamız bu gündən yoxlama matçlarına start verəcək.
Artıq bu məqsədlə Ukraynanın “Barkom-Kajani” klubu paytaxtımızdadır. Son mövsümü yerli çempionatda 7 komanda arasında 6-cı yerdə bitirən Lvov təmsilçisi ilə 3 sınaq görüşü keçiriləcək. İlk matç bu gün oynanılacaq. Ardınca mayın 2-də və 3-də də qarşılaşmalar baş tutacaq. Hər 3 oyun saat 15:00-da başlayacaq.
Qeyd edək ki, paytaxtımıza Ukrayna klubu ilə yanaşı, Türkiyə, Qazaxıstan və İran komandalarının gəlişi gündəmdə olsa da, son anda bu reallaşmayıb.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO