Yığmamız Avropa çempionatının hazırlığına başladı
01.05.2014 - 08:45
Yığmamız Avropa çempionatının hazırlığına başladı

Qadın voleybolçular arasında Azərbaycan millisi təlim-məşq toplanışına start verib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri ilk hazırlıqlarını paytaxtda Voleybol Mərkəzində keçirlər.

Ardınca yığmamızın ölkə xaricinə çıxacağı və ya Bakıya komanda dəvət olunacağı istisna deyil.

Qeyd edək ki, təlim-məşq toplanışı mayın 22-də start götürəcək Avropa çempionatının II təsnifat mərhələsinə hazırlıq məqsədi daşıyır.