[b]Yığmamız Bolqarıstanla bacarmadı[/b]
08.09.2014 - 08:30
[b]Yığmamız Bolqarıstanla bacarmadı[/b]

Bolqarıstanda təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri ev sahiblərinin yığması ilə üz-üzə gəliblər.

 

Matçda qalib müəyyənləşməyib. Belə ki, komandamız hesabda tarazlıq yaratdıqdan sonra görüş başa çatıb – 2:2 (14:25, 25:23, 22:25, 25:17).

 

Qarşılaşmanın bombardiri Polina Rəhimova olub. Milliləşdirilmiş legioner 10-u eyslə olmaqla, 30 xal toplayıb. Bolqarıstan yığmasının heyətində isə Emilya Nikolova məhsuldarlığı ilə fərqlənib. O, yığmamızdan 18 xal alıb.

 

Qeyd edək ki, mundiala hazırlaşan millimiz Sofiyada daha bir neçə yoxlama matçı keçirəcək.