Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında növbəti oyunlarını keçirib. Apasport.az saytının məlumatına görə, Aleksandr Çervyakovun rəhbərlik etdiyi komandamız Sloveniya millisi ilə qarşılaşıb.
Bakıda Voleybol Mərkəzində keçirilən ilk qarşılaşmada komandamız gözlənilmədən məğlub olub. Belə ki, millimiz 2:0 hesabı ilə öndə olmasına baxmayaraq, yekunda 2:3 hesabı ilə uduzub.
Buna baxmayaraq, yığmamız səhəri gün baş tutan ikinci qarşılaşmada rəqibindən qisas almağı bacarıb. Voleybolçularımız rəqibə 1 set belə güzəştə getməyiblər – 3:0.
Lakin bu qələbə komandamızı sonuncu pillədən qurtara bilməyib.
A qrupu
III-IV turlar
Azərbaycan – Sloveniya – 2:3 (25:14; 25:16; 9:25; 18:25; 8:15)
Azərbaycan – Sloveniya – 3:0 (25:18; 25:19; 25:11)
Bolqarıstan – Türkiyə - 3:1 (16:25; 25:12; 25:16; 25:23)
Bolqarıstan – Türkiyə - 1:3 (25:19; 13:25; 18:25; 16:25)
1. |
Bolqarıstan |
4 |
3 |
1 |
332-299 |
10-5 |
9 |
2. |
Türkiyə |
4 |
2 |
2 |
297-290 |
7-7 |
6 |
3. |
Sloveniya |
4 |
2 |
2 |
270-287 |
6-8 |
5 |
4. |
Azərbaycan |
4 |
1 |
3 |
289-312 |
6-9 |
4 |