Yığmamızdan ilk qələbə
19.07.2014 - 09:00
Yığmamızdan ilk qələbə

Qadın basketbolçular arasında kiçik ölkələrin Avropa çempionatında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışda son matçına çıxıb.

 

Tatyana Slojenitsinanın yetirmələri Cəbəllütariqlə qarşılaşıb. 5-7-ci yerlər uğrunda mübarizə aparan qrupun 2-ci oyunu millimiz üçün uğurlu alınıb.

 

Komandamız turnirdəki ilk qələbəsini  məhz son oyunda əldə edib – 69:50 (12:6, 18:16, 17:14, 22:14). Bu qələbə millimizi qrupda 1-ci, ümumi sıralamada 5-ci yerə yüksəldib. Lakin son turun Uels – Cəbəllütariq qarşılaşması turnir cədvəlində dəyişikliyə səbəb ola bilər. Sonuncular 36-dan az top fərqilə qalib gəlsə, millimiz çempionatı 5-ci yerdə tamamlayacaq. Digər hallarda isə komandamız 6-cı olacaq.

 

yer

komanda

O

Q

M

T/F

X

1

Azərbaycan

2

1

1

136-119

3

2

Uels

1

1

0

69-67

2

3

Cəbəllütariq

1

0

1

50-69

1