19 yaşadək qızlar arasında Avropa çempionatının II seçmə mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, D qrupunda yer alan Azərbaycan millisi Bolqarıstanda keçirdiyi hər 3 qarşılaşmanı məğlubiyyətlə başa vurub.
Samokov şəhərində baş tutan oyunlarda Vüqar Əliyevin rəhbərlik etdiyi komanda ev sahiblərinin ardınca (3:0 (25:15, 25:15, 25:15)) Rusiya və Avstriyaya da “quru hesab”la uduzublar. Şimal qonşularımız hətta yığmamıza voleybol qaydalarını öyrədib desək, yanılmarıq. Çünki ilk setdə rusların 25 dəqiq zərbəsinin qarşılığında cəmi 7 xal toplayan millimiz üçüncü hissədə 8 xal yığmağı bacarıb. İkinci set isə 20:25 hesabı ilə bitib.
Voleybolçularımız Avstriya ilə qarşılaşmada isə 20-yə belə çata bilməyib – 13:25, 19:25, 18:25.
Beləliklə, komandamız Bakıya bir set belə qazanmadan Bakıya dönür.