Yığmamızın bombardiri hamıdan öndə
19.07.2014 - 13:03
Yığmamızın bombardiri hamıdan öndə

Qadın basketbolçular arasında kiçik ölkələrin Avropa çempionatında ən yaxşıların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2-ci mərhələnin ilk günündən sonra Azərbaycan millisinin üzvü Dina Ulyanova iki göstəricidə liderliyini qoruyub.

 

Cəbəllütariqlə son qarşılaşmada 30 xal toplayan hücumçumuz çempionatı 88 xalla bitirib. Orta hesabla hər oyuna 22 xal qazanan Dina ən yaxın izləyicisi islandiyalı Helen Sverissonu (17,3) xeyli arxada qoyub.

 

Təmsilçimiz orta ribaund sayında (12,3) hamıdan öndədi. Son matçda 14 dəfə buna nail olan Ulyanova siyahıda Sverissondan (8,7) öndə qərarlaşıb.